Gözlənilən an! İsgəndərli millidə

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Uels, noyabrın 19-da isə səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Qeyd olunmuş oyunlara hazırlıq məqsədilə noyabrın 11-dən 16-dək Bakıda, noyabrın 17-dən 19-dək isə Slovakiyada təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasına dəvət olunmuş futbolçuların siyahısında son zamanların texniki və fiziki tərəfdən formada olan «Keşlə» klubunun 17 nömrəli futbolçusu Vusal İsgəndərlinin adıda var. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsümün sonundan milliyə layiq olduğunu sübut edirdi. «Keşlə» də daima əsas heyətdə mübarizə aparan İsgəndərlinin oyun praktikasına şübhə yoxdur. Azmilli.com saytı adından Vüsal İsgəndərliyə zədəsiz və parlaq oyunlar arzu edirik.

Ağa Dadaşzadə / Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *