Hacı Nuran Hüseynov 99 yaşlı qadının evini ziyarət edib

Tanınmış teleaparıcı və xeyriyyəçi, «Həyat» fondunun rəhbəri Hacı Nuran Hüseynov 99 yaşlı qadının evini ziyarət edib. Hacı Nuran Hüseynov, şəxsi «İnstagram» səhifəsində ürək sözlərini yazıb.

«99 yaşlı bir ananın qonağı olduq … Doğum günü idi … Gəlişimizdən sevindi … Dil-ağız etdi … 1921-ci ildə Ukraynada doğulub … Xarkovskaya Anna Qordiyevnadır o … 21 yaşından Bakıya köçüb, həyatını bu şəhərə bağlayıb … Böyük Vətən müharibəsi illərində (1941-45 ci illər) Şamaxıda və Naxçıvan şəhərlərində arxa cəbhədə qulluq edib … Hava yollarında təyyarələrin uçuşu ilə bağlı məlumatları ön cəbhəyə ötürüb … Göstərdiyi xidmətlərə görə dəfələrlə medal və ordenlərlə təltif edilib … 35 il öncə həyat yoldaşı vəfat edəndən sonra Xətai rayonu, Sarayevo küçəsi ev 13b, mənzil 109 ünvanında kirayədə yaşayır … Övladı, Bakıda yaşayan qohumları olmadığından qonşuları və tanışları Anna xanımın həmişə qulluğundadırlar … 99 yaşının olmasına baxmayaraq özü-özünə qulluq edir, hətta kitab da oxuyur … Karantin müddətində ilk dəfə biz Anna xanımın evinin qonağı olduq … Çox istiqanlı və həyatsevər xanımdır … Təvazökar nənəmiz heç kimdən yardım və ya kömək gözləmir … Anna xanımın bizdən tək istəyi onu daima yad edib, mütəmadi diqqət göstərməyimizdir»

Foto: İlqam Cəbiyev.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *