Akademik Opera və Balet teatrı dünən də qonaq-qaralıydı..

Azərbaycan mədəniyyətinin ana məbədlərindən olan Akademik Opera və Balet teatrı dünən də qonaq-qaralıydı … Teatr öz qapılarını operasevərlərin üzünə açmışdı … Rudjero Leonkavallonun «Payaçı» adlı əsəri nümayiş olunurdu … Rusiya, Azərbaycan və Gürcüstan sənətkarlarının yer aldığı tamaşa böyük maraqla qarşılandı … Orkestri idarə edən Ştutqart opera və balet teatrının baş dirijoru, beynəlxalq müsabiqələr laureatı Mixail Aqrest elə ilk dəqiqələrdən bütün tamaşaçıların diqqətini səhnəyə cəlb etdi … Yeri gəlmişkən qeyd edim ki, Mixail Aqrest ABŞ-ın Metropoliten-opera, İngiltərənin Kovent-Qarden və Avropanın digər məşhur opera və konsert zallarında dirijorluq etmiş maestrodur … Beləcə, dünyaca məşhur opera peşəkarları dünən azərbaycanlı həmkarları ilə birgə tamaşaçılara olduqca fərqli bir əsər təqdim etdilər … Operanın baş qəhrəmanı Kanionun əsas partiyasını Paliaşvili adına Tiflis Dövlət Opera və Balet teatrının solisti, Gürcüstanın xalq artisti, Dövlət mükafatı laureatı, Beynəlxalq müsabiqələr qalibi, professor Teymuraz Ququşvili ifa edirdi … Toni rolunun ifaçısı isə Rusiya Böyük Teatrının solisti, Beynəlxalq müsabiqələr laureatı, vokalist Andjey Beleçskiy idi … Azərbaycanın əməkdar artistləri Afaq Abbasova, Cahangir Qurbanov, Əliəhməd İbrahimov və Tural Ağasiyevin təqdimatında keçirilən tamaşa olduqca maraqlı anlarla yadda qaldı … Tamaşaçılar ucqar İtaıiya əyalətində baş verən hadisələri sanki izləmir, özləri də o hadisələri yaşayırdılar … Həyəcan, üzüntü, gözyaşları, sevgi … Bu əsərdə hər şey vardı … Yeri gəlmişkən qeyd edim ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva başda olmaqla bir çox tanınmış ziyalıların, sənət adamları və ictimai xadimlərin qatıldığı tamaşa sürəkli alqışlarla sona çatdı …

Hacı Nuran Hüseynov

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *