Hacı Nuran Nəzakət Teymurovaya dəstək oldu

«Həyat Fondu»nun rəhbəri, tanınmış jurnalist, xeyriyyəçi Hacı Nuran Hüseynov şəxsi «İnstagram» hesabında karonavirusa yoluxan Xalq artisti, Prezident mükafatçısı Nəzakət Teymurova haqda post paylaşaraq ona dastək olub. Ürəyindən keçənləri izləyiciləri ilə bölüşərək deyib.

«Dünyanı cənginə alan koronavirus bəlası bizdən də yan ötmədi … Tanıdıqlarımıza, dosta, yoldaşa bulaşdı … İnsanın içini gəmirən bu ağır xəbərlərdən biri də sevimli insan, gözəl xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova @nezaketteymurova72 ilə bağlı oldu … Ondan koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım … Axı Nəzakət Teymurova çox ehtiyatlı idi … Amma nə edəsən ki, reallıq öz sözünü deyir … Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır … Hələ xəstəxanaya yerləşdirlməyib … Amma necə olursa olsun Onun virusa qalib gələcəyinə əminəm … Çünki bir Qarabağlı qızı koronaya elə-belə təslim ola bilməz … Azərbaycan muğam sənətinin bənzərsiz səsi olan, səhnəmizin Leylisinin bu gün tamaşaçılarının, doğmalarının, dostlarının dualarına ehtiyacı var … Allah səni sevdiklərin üçün qorusun, gözəl insan …»

Bizdə sənətkarımıza can sağlığı arzu edirik. Allah şəfa versin.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *