İdman administratorluğu kursu” uğurla başa çatıb

Yanvarın 24-də Milli Olimpiya Komitəsində “İdman administratorluğu kursu” başa çatıb. 22 — 24 yanvar tarixlərində MOK-un inzibati binasında təşkil olunmuş bu kurs Milli Olimpiya Komitəsinin təşkilatçılığı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə keçirilib. Kursun iştirakçıları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri olub. Əsas məqsəd müəllimlər və idman mütəxəssislərin inzibatçılıq üzrə bilik və bacarıqlarını artırmaqdan ibarətdir.
Kursu Beynəlxalq Olimpiya Komitəsinin İdman İnzibatçılığı üzrə sertifikatına malik məruzəçilər Mehman Kərimov, Anar Bağırov, Kənan Məhərrəmov və Ceyhun Rəhmanov aparmışdır. Qeyd etmək lazımdır ki, kursda məruzəçilər ilə yanaşı Bakı Şəhər Halqası şirkətinin korporativ direktoru Elçin Səfərov, Azərbaycan Voleybol Federasiyasının idman şöbəsinin rəhbəri Elnur Məmmədov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, İdman Jurnalistikası Magistr Proqramının meneceri Ellada Mustafayeva qonaq təqdimatçılar qismində iştirak edərək idman sahəsindəki bilik və təcrübələrini iştirakçılar ilə paylaşmışlar.

Kursda Olimpiya tarixi, kommunikasiya, Olimpiya Oyunlarının təşkil olunması, idman jurnalistikası, Olimpiya marketinqi və digər mövzularda təqdimatlar edilmiş, iştirakçılar ilə bu mövzularda fikir mübadiləsi aparılmışdır.

İştirakçılara Beynəlxalq Olimpiya Komitəsinin İdman Administratorluğu ilə bağlı hazırladığı kitabın Milli Olimpiya Komitəsi tərəfindən Azərbaycan dilinə tərcümə edilib nəşr olunmuş variantı hədiyyə edilmişdir.
Milli Olimpiya Komitəsi artıq səkkizinci dəfədir ki, “İdman administratorluğu kursu”-nu təşkil edir. Sonda iştirakçılara Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları təqdim olundu.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *