İqbal Məmmədov İbrahim Ələmşah oğlu Vəliyevin ailəsinə başsağlığı verib

İqbal Məmmədov İbrahim Ələmşah oğlu Vəliyevin ailəsinə başsağlığı verib

Bu gün bir daha acı xəbər aldıq. Azərbaycanın torpaqlarının bütövlüyünü qoruyan igidimiz şəhid olub. Ürək ağrısı ilə qeyd etmək istərdim ki, Qazax rayonunun Ermənistanla sərhəddində öz çirkin əməllərindən əl çəkməyən Erməni silahlı qüvvələrinin təxribatı zamanı əsgərimiz İbrahim Ələmşah oğlu Vəliyev şəhidlik zirvəsinə yüksəlib. Şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı verirəm.

Əminliklə deyə bilərəm ki, Azərbaycanın heç bir şəhidinin qanı yerdə qalmayacaq. Azərbaycan əsgərləri hər qarış torpaq üçün döyüşüb düşmən tapdağında olan əraziləridə nakəslərdən xilas edəcək. Bu gün çox yaxındadır.

Biz bu gün güclü Ordumuzla, güclü Liderimizlə, Ali Baş Komandanımız, Prezidentimiz Cənab İlham Əliyevlə nəinki Dağlıq Qarabağı işğaldan azad edəcəyik, həm də itirilmiş tarixi torpaqlarımızı və böyük Azərbaycan xəritəsini bərpa edəcəyik.

Bir daha bütün ŞƏHİDLƏRİMİZƏ rəhmət, onların ailəsinə başsağlığı verirəm. Fəxr edirəm ki, şanlı Azərbaycan torpağının vətəndaşıyam. Şəhidlər baş tacımızdır.

BAŞIN SAĞ OLSUN VƏTƏN!

Azmilli.com

İlqam Cəbiyev

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *