İqbal Məmmədovun təbliğat-təşviqat kampaniyası yüksək fəallıqla davam edir

Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Seçki dairəsindən deputatlığa namizəd olan İqbal Məmmədovun təbliğat-təşviqat kampaniyasını yüksək fəallıqla davam etdirir.

Azmilli.com xəbər verir ki, YAP-ın namizədi bu gün rayonun Livədirqə və Cəngəmiran inzibati ərazisində seçicilərlə görüşüb.

Tədbiri giriş nitqi ilə açan YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu siyasəti nəticəsində ölkədə və regionlarda sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonda aparılan quruculuq, abadlıq işlərindən geniş məlumat verib. Bundan başqa YAP-nın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun gördüyü işlər, həyat və fəaliyyəti barədə geniş məlumat verib.

Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək gücünə malikdir.

«Əminik ki, 9 fevral tarixində dəyərli seçicilərimiz Cənab Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər».

Daha sonra deputatlığa namizəd İqbal Məmmədov çıxışında Cənab Prezident İlham Əliyevin sədri olduğu YAP-ın namizədi olmağı ilə qürur hissi duyduğunu və eyni zamanda böyük məsuliyyət daşıdığını bildirib:

«Görüşlərdə ölkəmizdə Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi və siyasi iradəsinin nəticəsidir ki, daxili və xarici siyasətdə ölkəmiz uğurlu inkişaf edir. Eyni zamanda bütün sahələri əhatə edən genişmiqyaslı, sistemli və kompleks xarakterli islahatların həyata keçirildiyini, respublikamızın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etdiyini, xalq-iqtidar birliyinin sarsılmaz olduğunu bildirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində iqtisadi inkişafın davamlı xarakter daşımasını, əhalinin rifahının daha da yaxşılaşmasını, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsini, nüfuzunun artmasının təmin edildiyini hər an bilirik.»

Səmimi və mehriban mühitdə keçən görüşdə çıxış edən seçicilər ölkə başçısı İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasəti bəyəndiklərini və onun həyata keçirtdiyi siyasi islahatlara daim dəstək olcaqlarını, səsvermə günü Yeni Azərbaycan Partiyasının namizədi İqbal Məmmədova səs verəcəklərini bildirdilər. İnle inanır ki, İqbal Məmmədov Lerik açan bu dəfə də əlindən gələni əsirgəməyəcək. Seçicilər İqbal Məmmədova uğurlar arzulayıb və onun bu yolda uğur qazanacağına əmindirlər.»

İlqam Cəbiyev

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *