“İslahatçı Gənclər” İctimai Birliyində yeni təyinat

“İslahatçı Gənclər” İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Birliyin mətbuat xidmətinin məlumatına görə, sərt karantin rejiminin tətbiq edilməsi səbəbindən iclas online rejimdə baş tutub.

İclasda bir sıra cari və təşkilati məsələlər müzakirə olunub və bir sıra strukturlara yeni təyinatlar həyata keçirilib.

İdarə heyəti üzvlərinin qərarına əsasən, gənc televiziya və radio aparıcısı Fidan Oruc Əliyeva “İslahatçı Gənclər” İctimai Birliyininin İctimaiyyətlə əlaqalər departanmentinin direktoru təyin edilib.

Fidan Oruc Əliyeva müxtəlif televiziya və radiolarda çalışmaqla yanaşı, bir sıra sosial layihələrdə fəal iştirak edib.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *