Litsenberger: Bir amerikalı kimi qarışıq hisslər keçirirəm

«Bir amerikalı kimi qarışıq hisslər keçirirəm. Üç gün öncə məşhur basketbolçumuz Kobi Brayant dünyasını dəyişib. Bu idman növünün məşhurlaşmasında onun əvəzsiz xidmətləri olub.»

Azmilli.com xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger 12-14 yaş qrupunu (oğlanlar və qızlar) əhatə edən » Jr NBA» Azərbaycan Liqasının açılış mərasimində və mətbuat konfransında deyib.
«Tədbirin əvvəlində əfsanəvi basketbolçunun xatirəsini 1 dəqiqəlik yad etdiyiniz üçün sizə dərin i təşəkkür edirəm.»

Səfir bildirib ki, basketbol amerikan oyunu kimi dünyada çox məşhurlaşıb, futboldan sonra ikinci populyar idman növüdür desək yanılmarıq:»Bu idman növünün 2 milyarddan çox azarkeşi var. Azərbaycanda da basketbola marağın artmasından məmnunam. Çox şadam ki, bu ölkədə amerikan mədəniyyəti də mənimsənilir».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *