Mətbuat nümayəndələri üçün seminar (fotolar)

Bu gün AFFA-nın inzibati binasında Hakimlər Komitəsi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün seminar keçirilib. 

Mətbuat nümayəndələri üçün seminar (fotolar)

Hakimlər Komitəsinin sədri Fritz Stuchlikin rəhbərliyi və departament rəhbəri Cavid Cəlilovun iştirakı ilə keçirilən seminarda əvvəlcə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla çıxış edərək iştirakçıları salamlayıb.F.Stuchlik seminar iştirakçılarına Oyun Qaydalarına edilmiş əlavə və dəyişikliklər, VAR sisteminin hansı hallarda tətbiqi ilə bağlı ətraflı məlumat verib. Proqrama uyğun olaraq, 10 videoçarxdan ibarət viktorina keçirilib. İştirakçılar videçoçarxlarda izlədikləri epizodlarda hakimin qaydalara uyğun olaraq hansı qərarı verməli olduğu barədə xüsusi blanklarda qeydlərini aparıblar. Daha sonra viktorinada nümayiş olunmuş sualların düzgün cavabları barədə izahlı məlumat verilib.Sonda Azərbaycan Premyer Liqasının qış fasiləsinədək keçirilmiş oyunlarında qeydə alınmış maraqlı epizodlardan ibarət videoçarxlar nümayiş olunub, müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *