Millimiz Rusiyaya qalib gəldi

Millimiz Rusiyaya qalib gəldi

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2020-nin elit-raund mərhələsində növbəti oyununa çıxıb.

Azmilli.com xəbər verir ki, Azərbaycan yığması Rusiya ilə qarşılaşıb. Çətin keçən görüşdən yığmamız 4:3 hesabı ilə qələbə qazanıb.

Qrupun digər oyununda Slovakiya və Xorvatiya yığmaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, millimiz bu mərhələdə ilk oyununu ötən gün Xorvatiyaya qarşı keçirib və 0:2 hesabı ilə məğlub olmuşdu. Rusiya isə Slovakiyanı 7:1 hesabı ilə darmadağın edib.

Azərbaycan — Rusiya — 4:3
Qollar: R.Vilela, 01:44 (1:0), Romulo, 15:28 (1:1), D.Davıdov, 17:33 (1:2), K.Everton, 33:31 (2:2), 39:24 (3:2), A.Antoşkin, 39:40 (3:3), İ.Atayev, 36:45 (4:3)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *