«Park Cinema»da «Yırtıcı quşlar» filminin təqdimat mərasimi keçirilib

6 fevral tarixində «Park Cinema» kinoteatrlar şəbəkəsinin «İmax» zalında çoxdan gözlənilən “Yırtıcı quşlar» filminin qapalı nümayişi keçirilib. Harli Kvinnin möhtəşəm hekayəsi əsasında çəkilən film tamaşaçıların alqışına səbəb olub.

Azmilli.com xəbər verir ki, təqdimat gecəsinə media nümayəndələri, tanınmış bloqerlər və digər sahələrin nümayəndələri iştirak edib.

«Park Cinema» kinoteatrının təşkil etdiyi təqdimat gecəsi rəngarəng görüntülərlə göz oxşayıb.

Nümayiş öncəsi qonaqlar üçün yüksək səviyyəli DJ-in iştirakı ilə musiqi təşkil edilmiş, furşet və içkilər qonaqların ixtiyarına verilmişdi.

Böyük izləyici kütləsinin marağına səbəb olan filmin əsas qəhrəmanın obrazını canlandıran model Ramina Abasova olub.

Daha sonra şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev və Marketinq direktoru Amil Hacıyevin ənənəvi çıxışından sonra film nümayiş etdirilib.

Həyəcan və döyüş səhnələri ilə bol olan film izləyicilər tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı fəaliyyət göstərir. “ParkCinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.

Film Park Cinema kinoteatrlarında nümayiş olunur. Biletləri isə “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az) iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Təqdimat gecəsindən fotolar.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *