“Park Cinema”nın yeni layihəsi start götürüb

“Park Cinema”nın yeni layihəsi start götürüb

“Park Cinema” kinoteatrlar şəbəkəsi yeni bir layihəyə start verib. Dünəndən başlayaraq, “Park Cinema”nın YouTube kanalında “Takcinema” layihəsinin ilk buraxılışı yerləşdirilib. Həmin layihədə hər bir iştirakçı kino haqqında 10 sual verərək “Park Cinema” və onun tərəfdaşları tərəfindən hədiyyələr qazanır.

Layihənin aparıcısı “Park Cinema”nın premyeralarından xüsusi reportajlarla tanış olan Lyubadır. Hər bir verilişdə iki adi iştirakçı və bir ulduz qonaq suallara cavab verir. İlk buraxılışın ulduz qonağı aktyor və rejissor Bəhram Bağırzadə olub.

“Bəhram Bağırzadənin çəkilişləri 29 mayda həyata keçirilib. Biz bilirik ki, koronavirus infeksiyasına yoluxan Bəhram hal hazırda xəstəxanada müalicəsini alır. Ona və bu xəstəlikdən əziyyət çəkənlərin hamısına şəfalar diləyirik”, — “Park Cinema”nın piar meneceri Rüstəm Fətəliyev deyə bildirib.

Onun sözlərinə görə, “Takcinema”nın buraxılışları hər həftə işıq üzü görəcək. “Həmçinin, *9111 “Ekonom Taksi” vasitəsi ilə taksi sifariş edən hər kəs bu layihədə iştirak şansını qazana bilər”, — Fətəliyev deyə bildirib.

“TakCinema”nın ilk buraxılışını bu linkdən görə bilərsiniz — https://youtu.be/ZjcbgVdFXgE.

Xatırladaq ki, “TakCinema” “Park Cinema” tərəfindən təqdim olunan yegənə videolayihə deyil. Bu yaxınlarda “Park Cinema” “BirBaşa Sual” (https://bit.ly/2N894C4) və “TapCinema” (https://bit.ly/2YLRCsb) layihələrini tamaşaçıların diqqətinə təqdim etmişdir.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *