«Qarabağ» dan inamlı qələbə

Azərbaycan Premyer Liqasında ikinci turun daha 2 qarşılaşması başa çatıb. Azmilli.com xəbər verir ki, «Qarabağ» doğma divarlar önündə «Qəbələ» ni sınağa çəkib. İlk hissə qolsuz bitsədə, «Qarabağ» ikinci yarıda 18 dəqiqəyə 3 qol vurub. Hesabı oyunun 61-ci dəqiqəsində Riçard Almeyda açıb, 2 dəqiqə sonra Maqaye Qaye ikinci qola imza atıb. Oyunda son qolu 79-cu dəqiqədə Mahir Emrelinin ötürməsindən sonra Abdullah Zubir vurub. «Qarabağ» mövsümdə ardıcıl ikinci qələbəsini qazanıb. «Qəbələ» ardıcıl ikinci dəfə məğlub olaraq turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

21:00. “Qarabağ” – “Qəbələ” — 3:0
Qollar: Riçard Almeyda, 61-pen. Maqaye Qeye, 63, Abdullah Zubir, 79

“Azersun Arena”

18:45. “Sabah” – “Keşlə” — 0:1
Qol: Vüsal İsgəndərli, 45
Qırmızı vərəqə: Sezar Meza Kolli, 74- iki sarı
«Bank Respublika»

Azmilli.com / Ağa Dadaşzadə

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *