Qış Nağılı» filminin qala gecəsi keçirilib

Qış Nağılı» filminin qala gecəsi keçirilib

 

Dekabrın ilk günü Heydər Əliyev sarayında «Qış Nağılı» filminin qala gecəsi keçirilib. «Ulduzlu gecə» yə Azərbaycan incəsənətinin ulduzları dəvət alıb. Filmdə canlı əfsanələr, Şeyx Əbdül, Səidə Quliyeva, Sənubər İsgəndərli iştirak edib.
Filmdə nənə rolununun ifaçısl Asya xala, dünyasını dəyişdiyinə görə filmin nümayişini görmək ona nəsib olmayıb. Filmin quruluşçu rejissoru və baş produseri Cəfər Axundzadə bildirdi ki, Asya xala dünyasını dəyişdiyinə görə bir neçə çəkiliş baş tutmayıb.
Sevgi-məhəbbətdən, yeni il arzularından bəhs edən və komediya janrında çəkilən filmin çəkilişləri Qəbələdə baş tutub.
Otelin muhavizəsə rəisi obrazını Aqil M, köməkçisinin isə məşhur viner Elvin İbrahimov canlandırıb. Evinin debüt filmi olmasına baxmayaraq tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Filmdə çəkilən digər gülüş ustaları, Murad Dadaşov İslam Mehrəliyev, Elcan Rəsulov, Taleh Yüzbəyov, Elməddin Cəfərov, Məcid Hüseynov, Erkin Ergin, Samir Ələsgərov və s..
Filmdə eyni zamanda Dilarə Kazımova, Samirə Əfəndi Ceyhun Zeynalov kimi estrada ulduzlar yer alıb.

Son zamanlar komediya sahəsində sözünü deyən Kəmalə Piriyevada öz rolunu yüksək səviyyədə aparıb.
Teatr aktirisaları, Zülfiyyə Qurbanova, Şəlalə Şahvələdqızı, Günel Məmmədova xususi rəng qatıb. Filmin qəhramanlarından biri rəqqasə Oksana Rəsulovla onun atasını Oqtay Əliyev canlandırıb.

Xususi qonaqlar Türkiyədən Halil Sezai və Müge Boz dəvət olunub.
Sadaladıqlarımız aktyorlar filmin kiçik heyət hissəsidir. Filmin hər saniyəsi gülüş dolu anlarla keçob desək yanılmarıq.

Filmi «CinemaPlus» kinoteatrlar şəbəkəsindən izləyə bilərsiniz.

Qeyd edək ki, filmin ikinci hissəsi 19 dekabrdan «CinemaPlus» kinoteatrlar şəbəkəsində baş tutacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *