Qızlarımız növbəti görüşə çıxır

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün ikinci görüşünə çıxacaq.

Azmilli.com xəbər verir ki, A qrupunda yer alan Vasif Talıbovun yetirmələri Bolqarıstanla üz-üzə gələcək. Bu, rəqibin qrupda son oyunu olacaq. Bolqarıstan ilk turda Polşaya 1:3, ikinci turda isə meydan sahibi olan Niderlanda 0:3 hesabı ilə uduzub.

Millimiz isə ilk turda Niderlanda 0:3 hesabı ilə məğlub olub.

Qrupun digər görüşündə Niderland Polşa ilə qarşılaşacaq.

9 Yanvar 19:00. Bolqarıstan — Azərbaycan
Apeldorn (Niderland), «Omnisport» salonu
«Cbc sport» canlı yayım.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *