«Şabaş» filmi tamaşaçıların ixtiyarına verildi-Fotolar

Ötən gün — «CinemaPlus» da ən təzə komediya filmi — “Şabaş”ın Qala gecəsi keçirildi. Gecəyə bir çox ulduzlar dəvət almışdı. Faiq Ağayev, Rühi Əliyeva, Nailə İslamzadə və başqaları.

Qeyd edək ki, «Bu Şəhərdə» MMC-yə məxsus olan film 200 min manata başa gəlib.
Bu barədə «Bu Şəhərdə» nin baş produseri Müşfiq Abbasov filmin pərdəarxası məqamlarından söhbət açıb: «11 illik fasilənin səbəbi, bizim qastrol səfərlərimiz və arda-arda hər il iki dəfə verdiyimiz konsertlərlə əlaqədardır. Yaradıcılıq konveyer, fabrik, zavod deyil. Filmlə bağlı onu deyə bilərəm ki, heç də gecikməmişik, elə zamanında çəkib təqdim edirik. Film üzərimdə 400 nəfərin əməyi keçib. Çəkilişlər Müqəddəs Razamaz ayına təsadüf etdiyinə görə, habelə heyətin əksəriyyəti oruc tutduğuna görə müəyyən çətinliklər oldu, amma mən belə düşünürəm ki, işin öhdəsindən lazımınca gəlmişik.”

Respublikanın əməkdar artisti Rafael İsgəndərov bunları deyib :»Əsas odur ki, film «-81″dir, «18+» deyil. Ailə rahatlıqla izləyə bilər. Amma o demək deyil ki, hər addımbaşı orada gülüş var, düşündürücü məqamlar kifayət qədərdir. Mənə elə gəlir ki, tamaşaçılar üçün çox maraqlı olacaq. Deyim ki, bu ssenaristin təxəyyülüdür, yox. Hər bir sahədə belə bir vəziyyətə düşmək olar».

Filmin əsas simaları Rafael və Çoşqunla yanaşı, tanınmış aktyorlar Teymur Məmmədov, Sərvər Əliyev yer alıb. Məşhur müğənni Rüfət Axundovda filmin qəhramanlarındandır. Öz rolunu mahir ifa edən estrada ulduzu, tamaşaçıların alqışını qazanıb. Eyni sözləri filmdə çəkilən digər muğənni Firuzə İbadovayada aid edə bilərik.

Filmin sujet xətti hazır ki, real həyatı əks etdirir. Hadisələr peşakar musiqiçilərin işdən qovulmasından sonra baş verir. İşsiz qalan müsiqiçilər hansı üsulla vəziyyətdən çıxır, kimə rast gəlir, hansı uğuru əldə edir və ailələrində ki, narazılığı necə aradan qaldırır? Bax bütün bunları bilmək üçün o zaman «CinemaPlus» kinoteatrlar şəbəkəsinə gəlib filmi izləyə bilərsiz.

Azmilli.com saytı olaraq «Bu Şəhərdə» nin mətbuat katibi Rüfət Məmmədova təşəkkür edirik.

Müxbir :Ağa Dadaşzadə
Foto: Pərviz Həşimin

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *