«Sadiqlər» in «Dənizçilər» i

Azmilli.com saytının yeni proyekti olan «Sadiqlər» rubrikasını sizlərə təqdim edirik. «Sadiqlər» həyatımızın hər anında, istənilən vəziyyətində və sonuçlarda müqəddəs olan Sadiq insanlara ehtiyyacımız olur. Yaxın keçmişdə «Dəyirman» qrupunun gözəl repi bu sözlərlə dillər əzbəri oldu.

«Var dövlət, imkan nəyimə gərəkdir? Əgər onu mənlə bölüşəcək bir kimsə yoxdursa..» Bəli, əziz və sadiq kəslər bizim ayrılmaz hissəmizdir. Azərbaycan futbolu bu gün, o günlər kimi yenə ürəkaçan vəziyyətdə deyil. Göz qarşısında olan problemlər var, AFFA rəhbərliyi cənab Rövnəq Abdullayev başda olmaqla Elxan Məmmədovda aradan qaldırmağa çalışır. Xeyr, səbəb nə İnfrastruktur dur, nə də vəsait. Səbəb güclü çempionat və ağzına kimi dolmayan stadionunlardır. Gəldik çatdıq sadiq dostlarımıza. Startı «Asco arena» dan götürdüm (Bayıl arena) 2 noyabr tarixində Azərbaycan Premyer Liqasının ikinci turunun, ikinci oyunu burada keçdi. Qışa hələ 1 aydanda çox vaxt qalsa da indidən «Ey, hey, dostlar Bakıya gəlirəm dedi» Dedi nə dedi.. ilk 5 dəqiqədə o qədər soyuqdan üşüdüm ki, əllərimi hiss etmədim. Mediya tribunası ev sahibi olan «Dənizçi» lərin tribunası ilə üz-üzədir. Tənbəllik etmədən yollandım birbaşa ora. «Dənizçilər» fan klubun rəhbəri Atif Rüstəmli ilə çoxdan tanış olsamda münasibətim yox idi. Amma tanıyandan sonra çox şad oldum.

Atif Rüstəmli: «Məqsədim stadionlara azərkeş cəlb etməkdir. İstəyirəm ki, gənclər norkamaniya, içki və pis vərdişlərdən uzaq olsun. İdman bütün pis vərdişləri kənar saxlaya biləcə ən gözəl vasitədir. Biz bilirik ki, Azərbaycan futbolunun azərkeşlərə böyük ehtiyacı var. Bütün klubların azərkeşlərini dəstəkləyirəm, onlar oyunlara rəng qatırlar, inanıram ki, yaxın zamanda saymız on minlərlə olacaq.»

Bəli, Azərbaycan futbolunun azərkeşlərə ehtiyyacı böyükdür. Şəxsi təcrübəmə görə onu deyərəm ki, fərqi yoxdur stadion 5.000 ya da 50.000 nəfərlik tutuma sahib olsun, əsas odur sadiq azərkeşlərə sahib olsun.» Asco arena» 3.500 nəfər insan tutumuna malikdir, inanın milli çempionatda stadion ağzına kimi dolsa vəziyyət tamam başqa cür olar. Nə şaxta insana təsir, nə tufan. «Səbail» «Keşlə» görüşünü 200-ə yaxın «Dənizçi» izləyirdi, bəlkə də adlarına görə! Dənizçi 4 fəsil və istənilən hava şəraitində dik durmalıdır. Əhsən sizə! «Sadiqlər» İndi əsas yük «Səbail» komandasının üzərinə düşür. Onlar qələbə qazanmağa borcludular ki, «Sadiqlər» evə gülərüz dönsün.

«Sadiqlərin» dostu Ağa Dadaşzadə

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *