Tanınmış şanson ifaçısı Cəlal Abbasovun konsertinə saylı günlər qalıb

Tanınmış şanson ifaçısı Cəlal Abbasovun konserti

Heydər Əliyev Sarayında keçiriləcək tanınmış şanson ifaçısı Cəlal Abbasovun konsertinə saylı günlər qalıb.
Fevralın 20-si Heydər Əliyev Sarayında tanınmış şanson ifaçısı Cəlal Abbasovun konserti keçiriləcək. “Şanson gecəsi” adlı konsertdə bakılılar və şəhərimizin qonaqlarına şanson janrında mahnılardan ibarət yeni və fərqli proqram təqdim olunacaq.
Müğənnini səhnədə, «Shanson Cover Band» qrupu müşaiyət edəcək. Qeyd edək ki, Heydər Əliyev Sarayında artıq üçüncü solo konsert proqramı ilə çıxış etməyə hazırlaşan Abbasov bir sıra yerli və Beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının iştirakçısı və qalibidir.
Saat 20:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *