Terminator: qara talelər» filminin mediya üçün təqdimat mərasimi keçirilib-Fotolar

AZMİLLİ.COM: 30 oktyabr tarixində «Park Cinema» kinoteatrlar şəbəkəsinin «İmax» zalında «Terminator: qara talelər» filminin mediya üçün təqdimat mərasimi keçirilib.


«Park Cinema» həmişə olduğu kimi film təqdimatı mərasimlərində kreativ ideyalara əl atır. Ötən gecədə özü-özlüyündə ahəng və rəngarəngliyin vəhtədini təşkil edir.
«Terminator» obrazını, real canlandıran aktyordan tutmuş, onun motosikletinədək gördük. Fon səsində olan musiqilər, rəqs nömrələri və müsahibələr tamaşaçıların əhval-ruhiyyəsini zala keçməzdən əvvəl qaldırdı. Düzdü bu komediya filmi olmasa da məşhur, eyni zamanda gözlənilən surprizlərlə dolu filmdir.
Elə bu filmdə də surprizlər az olmadı. Film haqqında fikirlərim, düşündüyümdən də artıq oldu.

«Terminator: Qara talelər» filminin büdcəsi 200.000$-a yaxındır, izlədiyim zaman səs, görüntü effektinin əla səviyyədə olması bəlkə də büdcənin yüksək olmasından xəbər verərdi, amma rejissor işini və peşakar komanda heyətinin zəhmətini yerə vurmaq, günah olar. Montajda xırda səhvləri və ssenaridə ki, boşluqları nəzərə almasaq, qalan hər şey yaxşıdır. Əsas ssenaridə olan surprizlər tamaşaçının gözünü ekrandan çəkməyə imkan vermirdi. Bu filmə baxmağı hər kəsə tövsiyə edirəm.

Qeyd edək ki, bu filmi izləmək üçün
«Park Cinema» nın bütün kinoteatrlarında təşrif buyura bilərsiniz.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *