Vladimir Putin Çingiz Abdullayevi ordenlə təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin dedektiv yazarı, katibi və Xalq yazıçısı Çingiz Abdullayevə «Dostluq» ordeni mükafatı verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, orden Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının  möhkəm dostluq əlaqələrinə və əməkdaşlığına  xidmətə görə təqdim edilir.

Qeyd edək ki, “Dostluq” ordeni Rusiya Prezidenti tərəfindən nüfuzlu şəxslərə təqdim edilir. Ötən il bu mükafata Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva layiq görülmüşdü.

Azmilli.com 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *