Vüsal İsgəndərli Məmmədovla arsında olan mübahisəyə aydınlıq gətirdi

Vüsal İsgəndərli Məmmədovla arsında olan mübahisəyə aydınlıq gətirdi

Azərbaycan Premyer Liqasının XI turuna start verilib. Turun ikinci qarşılaşması «Asco arena» da ikinci pillə uğrunda mübarizə aparan «Keşlə» və «Neftçi» arasında olub. Gözləniləndəndə gərgin keçən oyunda ev sahibi «Keşlə» 2:1 hesabı ilə qalib gəlib. Oyunun sonlarına yaxın «Keşlə» klubunun yarımmüdafiəçisi Vüsal İsgəndərli ilə «Neftçi» komandasının məşqçisi Fizuli Məmmədov arsında gərginlik yaşanıb. Hakimin və futbolçuların səyi nəticəsində ara sakitləşib. Vüsal «Fair Play» və İdmançı etikasına uyğun olaraq oyun zamanı Fizuli Məmmədovu qucaqlayıb. Amma Məmmədov şəkildə göründüyü kimi eyni qarşılığı verməyib, keçmiş tələbəsindən hirsli olduğunu biruzə verib. «Neftçi» klubu ilə əlaqə saxlamağa çalışdıq, amma nəticəsiz qaldı. «Neftçi» dən fərqli olaraq Vüsal zəngimizə həmən cavab verib bunları deyib.

«Oyundur, hər şey ola bilir. Nəticə və oyunun gedişi əsəbləri tarıma gətirmişdi. Bir anda oldu və bitdi. Fizuli müəllim mənim ilk peşakar məşqçim olub, vaxtı ilə çox qardaşlıq edib, üzərimdə əməyi var. Yaxşılığı itirən oğlan deyiləm. Dünənimi, bugünümü və sabahıma qiymət verməyi bacarıram. Şəkildə bəli elədir, amma oyundan sonra mənə zəng vurub təbrik etdi. Hər şeyin oyunda qaldı. Biri-birimizə uğurlar arzulayaraq sağollaşdıq.»


Vüsal İsgəndərli gənc futbolçudur, əsas milliyə təzə-təzə yolu açılır. Vüsal həm oyunda həm də mediya qarşısında öz böyüklüyünü göstərdi. Müəlliminə dəyər verdi.
Bir jurnalist kimi deyə bilərəm ki, idman mədəniyyətdən başlayır, oyundur əsəblər tarıma çəkilə bilər, söhbət bu, epizoddan getmir, hər tur belə hadisələr olur Məmmədov dünənin İsgəndərli bu günün simasıdır. Hər ikisinə bizdə uğurlar arzulayaraq, futbol camiyəsinə tövsiyə edirik ki, «Ey futbol əhli, meydanda bizi yüzlərlə, ekran qarşısında isə milyonlarla insan izləyir. Futbolumuz zəif ola bilər, ancaq mədəniyyətimiz ən yüksəkdə olmalıdır, axı siz bizim üçün dəyərli insanlarsız!»

Azmilli.com

Vüsal İsgəndərlinin barışıq epizodun qarşılıq vermir..

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *