«Xeyr, «Keşlə» də medallara oynayan klubudur» Tural Bayramlı

[ Keşlə»nin yarımmüdafiəçisi Tural Bayramlı Premyer Liqanın XI turunda «Neftçi» üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonra Azmilli.com əməkdaşının suallarını cavablandırıb.
— Oyun haqda fikirlərini bilmək istərdik.
Oyun çətin keçdi, əslində gözlənilən idi, amma ilk dəfə deyil ki, meydana çıxırıq. Ona görə başqa oyunlar kimi bununda öhdəsindən gəldik.
- «Neftçi» çempionluğa oynayan komandadır, «Keşlə»nin onları məğlub etməsi şok olmadı?
Xeyr, «Keşlə» də medallara oynayan klubudur, bizim üçün rəqibin fərqi yoxdur, Tərlan müəllim oyunlara bizi maksimum kökləyir, o üzdən yalnız qələbə üçün meydana çıxırıq.
- Öz çıxışın haqda nə deyə bilərsən, deyəsən oyunun sonlarına yaxın yerdə qaldın, zədə yoxdur?
- Bayaq dediyim kimi oyun ağır oldu, öz növbəmdə əlimdən gələni etdim, çalışırdım ki, 1 saniyə belə boş qalmayım, yalnız komandama xeyir vermək haqda düşünürdüm. Zədə haqda onu deyə bilərəm ki, ağrılar var, muayyinə olandan sonra daha dəqiq bilinər, İnşaalah yaxşı olar.
Ağa Dadaşzadə /Azmilli.com