Zlatko Dalıç «Növbəti oyuna köklənməliyik»

Azmilli.com xəbər verir ki, (Azərbaycan — Xorvatiya 1:1) matçıdan dərhal sonra mətbuat konfransında bu sözləri deyib. «Azərbaycan millisini oyuna və nəticəyə görə təbrik edirəm. Qarşılaşmaya yaxşı başladıq, şanlarımız da kifayət qədər idi. İlk qoldan sonra fərqi artıra da bilərdik, lakin rəqib qapıçı komandasını qollardan xilas etdi. İkinci hissədə bunun əksi baş verdi, biz yaxşı oynamadıq. Əvəzində Azərbaycan millisi fasilədən sonra hadisələrin gedişini xeyrinə dəyişdi və hesabı bərabərləşdirdi. Çox istəkli, aqressiv idilər, meydanda mübarizə apardılar, əzmkarlıq göstərdilər. Rəqibimiz bizimlə ilk oyunda da yaxşı çıxış etmişdi. Hətta həmin görüşdən sonra millinizin qrupumuzdakı digər rəqiblərlə oyunlarda da xallar qazanacağını düşünürdüm. Ancaq bunu niyə edə bilmədilər, onu anlamadım.  Bugünkü nəticə məyusedici olsa da, barışmalı və növbəti oyunlar haqda düşünməliyik»

Azmilli.com /Ağa Dadaşzadə

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *